Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


26.03.2018  19:43 

İnsan alverçisi olan qadın məhkəmə hökmündən narazıdır





A+  A-

Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən Mürşüdova Vəfa Ramiz qızı apellyasiya şikayəti verib.
XəzərNews.az-ın məlumatına görə, mart ayının 28-də Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrliyi ilə V.Mürşüdovanın şikayətinə baxılacaq.

Xatırladaq ki, yanvar ayının 26-da 1986-cı il təvəllüdlü Mürşüdova Vəfa Ramiz qızına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarına əsasən, Vəfa Mürşüdova 8 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Vəfa Mürşüdova Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

2017-ci il sentyabr ayının 22- də Vəfa Mürşüdova DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib.
İstintaq dövründə Vəfa Mürşüdovanın işi üzrə iki zərərçəkmiş qadın tanınıb.

Məlum olub ki, həmin qadınlar Vəfa Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

Xəbər 2981 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +