Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


18.03.2018  16:18 

“Sarı gəlin” sədaları altında çıxış edən türkiyəli gimnast medal qazandı





A+  A-

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlər üzrə qaliblər müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, Xorvatiya idmançısı Ana Derek 13.533 balla bütün rəqiblərindən yaxşı çıxış edib. İkinci yer Yunanıstan gimnastı İoanna Ksuloqiyə nəsib olub - 12.733.

Azərbaycanın xalq mahnısı “Sarı gəlin”in sədaları altında çıxış edən türkiyəli Demet Mutlu isə 12.566 balla bürünc medal qazanıb.

Azərbaycan gimnastı Yuliya İnşina eyni bal qazansa da yarışmanı 4-cü sırada başa vurub.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında Dünya Kuboku turnirinə yekun vurulur.

Bakıda 3-cü ildir ki, təşkil olunan turnirə 25 ölkədən 102 idmançı qatılıb.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunun gümüş medalını qazanıb. Təmsilçimiz dayaqlı tullanma hərəkətində 14.216 balla ikinci olub.

Xəbər 3225 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +