Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb
Tokayev Azərbaycana səfərə gəldi
Gilan Kərpic Zavodunda ölüm...
Məşhur aparıcının villası milyonluq satışda
Çexiya Ukraynaya silah yardımını dayandırmır
Hülya Avşar yeni imicdə -FOTOLAR
İsrail Hizbullahı hədəfə aldı
Daha bir ölkədə hökumət əleyhinə etirazlar...
Müdafiə naziri Fergus Auld ilə görüşüb
Tanınmış yazıçı vəfat etdi -FOTO


16.02.2018  10:57 

Füzulidə yeni yaşıllıqlar salınır - FOTOLAR





A+  A-

Füzuli rayonunda ekoloji tarazlığın qorunması, floranın daha da zənginləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi məqsədilə Horadiz-Bakı magistral avtomobil yolunun kənarlarına qoz tinglərinin əkilməsinə başlanıb.
Artıq bu məqsədlə Zaqatala rayonundan 1500 ədəd qoz tingi gətirilərək magistral avtomobil yolunun kənarında əkilib. Əkilən qoz tinglərinə aqro-texniki qaydada qulluq edilir, onların qorunub saxlanılması, suvarılması nəzarətdə saxlanılır.
XəzərNews.az-a verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində minlərlə çinar və digər həmişəyaşıl ağac və gül kolları əkilib.
Ümumiyyətlə son yeddi il ərzində isə rayon ərazisində 20000-dən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10000 eldar şamı, 25000 dekorativ kol, 80000 minə yaxın çəkil ağacı, 100000 mindən çox qızıl gül və minlərlə müxtəlif növ ağac və dekorativ kol əkilib. Əkilən ağaclara, salınan yaşıllıq zolaqlarına mütəmadi olaraq qulluq göstərilir, onların qorunub saxlanılmasına, suvarılmasına xüsusi diqqət yetirilir.
Füzulililər Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət ayırdığı sahələrdən biri olan yaşıllıq sahələrinin genişləndirilməsi və qorunması, ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinini daim diqqət mərkəzində saxlayırlar.
Rayonda təbiətin ağ ciyərləri hesab olunan yaşıllıq zolaqlarının genişləndirilməsi, park və xiyabanların salınması, yeni ağac və gül kollarının əkilməsi işləri iməcilik, şüar xarakterli deyil, aidiyyati idarə müəssisələrin, bələdiyyələrin gündəlik işi kimi həyata keçirilir.










Xəbər 4121 dəfə oxunub.




06.10.2025  17:37 

Gilan Kərpic Zavodunda ölüm...

06.10.2025  17:07 

Hülya Avşar yeni imicdə -FOTOLAR

06.10.2025  17:04 

Sabah bu ərazidə qaz olmayacaq

06.10.2025  16:20 

Məşhur futbolçunu ayı qovaladı

06.10.2025  15:58 

Rusiya Ukrayna raketini vurdu

06.10.2025  14:10 

Mərdəkan yolunda yeni dəyişiklik


BÜTÜN XƏBƏRLƏR +