Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


04.01.2018  18:12 

Teleqüllə yaxınlığında çatlar yaranıb





A+  A-

Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyət açıqlanıb.
XəzərNews.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsində – Teleqüllədən 200-250 m cənub-şərqdə torpaq qatında eni 10 sm-dən 1 m-dək, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb.

Onun sözlərinə görə, prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsidir.

Ekspedisiya rəisi bildirib ki, Zığ-1 sürüşmə sahəsində ay ərzində aparılan monitorinqlər nəticəsində lokal sahələrdə atmosfer yağıntıları və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Eyni zamanda, Günəşli yaylası (çökmə) oturma sahəsi aktivləşib.

Ə. Qaralov qeyd edib ki, Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli – Günəşli arası, “N. Nərimanov dairəsi 31/33”, “N. Nərimanov döngəsi” sürüşmə sahələrində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.

Xəbər 3188 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +