Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


26.10.2017  19:46 

Dino Ndlovu milli komandaya çağırıldı





A+  A-

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) milli komandasına dəvət alıb.
XəzərNews.az xəbər verir ki, baş məşqçi Stüart Baksterin açıqladığı 26 futbolçudan ibarət heyətdə Ndlovunun da adı var. O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Seneqala qarşı keçiriləcək oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, CAR yığması Seneqala qarşı ilk oyunun noyabrın 10-da öz meydanında keçirəcək. Bu qarşılaşma əslində ötən il oynanılıb və CAR yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Lakin FİFA baş hakimin şübhəli qərarlar verdiyini əsas gətirərək, matçın yenidən keçirilməsinə qərar verib. Nəticədə görüş təxirə salınıb. Noyabrın 14-də isə Seneqal və CAR Dakarda üz-üzə gələcək.

CAR millisi 4 oyuna 4 xal toplayıb. Dino Ndlovunun komandası qarşıdakı iki oyunda qələbə qazansa, qrup lideri kimi DÇ-2018-ə vəsiqə qazanacaq.

Xəbər 3011 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +