Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi
Bakıda torpaq bahalaşır
Suyun tarifi ilə bağı təklif Tarif Şurasına təqdim ediləcək


02.10.2017  17:21 

Şahbaz Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - Yerevanda





A+  A-

Hazırda erməni girovluğunda olan və Şuşadakı həbsxanada saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyevin səhhətində ciddi problem yaranıb və o, Yerevanda xəstəxanaya yerləşdirilib.
XəzərNews.az-ın "Report”a istinadən məlumatına görə, bu barədə Şahbaz Quliyevin qohumu məlumat verib.

O bildirib ki, onlara verilən məlumata görə, Ş.Quliyev bundan sonra bir ay müddətində Yerevanda xəstəxanada saxlanılacaq: "Bizə Şahbaz Quliyevin danışığı olan video görüntü gətirdilər. O, həmin görüntüdə bildirir ki, ödündən əməliyyat olunub, əməliyyatdan sonra səhhətində ciddi problemlər yaranıb və bir aydan sonra xəstəxanaya yerləşdirilib".

Qohumunun sözlərinə görə, videodan Ş.Quliyevin səhhətinin çox ağır olduğu aydın sezilir: "Şahbaz deyir ki, həzm sistemində ciddi problem var, nə yemək yeyə bilir, nə də yediyi yeməyi normal həzm edə bilir”.

Xatırladaq ki, Ş.Quliyev erməni girovluğunda olduğu müddətdə üçüncü dəfədir ailəsinə videogörüntü təqdim olunur.

Qeyd edək ki, 2014-cü il iyulun 10-da Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal altında olan Kəlbəcər torpaqlarında Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Kəlbəcərə yaxınlarının məzarını ziyarətə gedən kəlbəcərli girovlarla bağlı həmin ilin dekabr ayında qondarma məhkəmə prosesi keçirilib.

Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə "azadlıqdan məhrum” edib. Girovların azad edilməsi ilə bağlı bir çox addımlar atılsa da, onları azad etmək hələ mümkün olmayıb. Hazırda onlarla əlaqə yalnız Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri vasitəsilə saxlanılır.

Xəbər 3302 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +