Partiya sədri: “AYNA rəhbərliyi heç kimi saymır“
Antiazərbaycan təbliğatını AKP hökuməti verir?
Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO


24.09.2017  20:34 

Millimizdən növbəti parlaq qələbə - Yenilənib





A+  A-

Bu gün qadın voleybolçular arasında Avro-2017-də növbəti oyunlara start verilib.
XəzərNews.az xəbər verir ki, ilk matçında Macarıstan kollektivini məğlub edən milli komandamız, bu gün Polşa voleybolçuları ilə qarşılaşır.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Macarıstan Almaniya ilə üz-üzə gələcək.

A qrupu, II tur

Azərbaycan – Polşa 3-0 (25:14, 25:21, 25:23)

Hakimlər: Kseniya Yurkoviç (Xorvatiya), Yuray Mokri (Slovakiya)

***

Millimiz ilk setdə polşalı rəqiblərinə böyük üstünlük qurmağı bacarıblar. Voleybolçularımız seti 25:14 öndə bitirərək ümumi hesabda 1-0 irəli çıxıblar.

***

İkinci setdə gərgin mübarizə olub. Polşa komandası voleybolçularımıza çətinlik yaratsalar da, millimiz setin sonunda 25:21 qalib gəlməyi bacarıb. Hazırda Azərbaycan komandası ümumi hesabda 2-0 öndədir.

***

3-cü hissə başdan sonra qədər həyəcanlı keçib. Polşalı voleybolçuları setin ortalarına qədər hesabda öndə olub. Setin sonlarında isə komandamız bir ara hesabda 21:23 geridə olub. Lakin, bundan sonra voleybolçularımız əzmkarlıq nümayiş etdiriblər. Ardıcıl 4 xala qazanan komandamız seti 25:23 qalib başa vurub. Beləliklə, Azərbaycan millisi Polşa üzərində 3-0 hesablı qələbə qazanıb və qrup liderliyinə yüksəlib.

Xəbər 3286 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +