Apteklərdə yoxlama, nöqsanlar aşkarlanıb
DTX 4 nəfəri həbs etdi - Biri isə...
Başçı qəzalı yoldan keçdi, sakinlər sevindi - VİDEO
Prezident Danimarka səfəri ilə bağlı paylaşım edib
Cabir İmanovla bağlı şok iddia
Təyyarə qəzası baş verib, ölənlər var
Xəbərdarlıq: Bu yollar bağlanacaq
AMB-nın departament rəhbəri vəzifədən getdi -FOTO
Tokayev Azərbaycana səfər edəcək
AQTA İrandan gətirilən 2 ton sarıkökü məhv etdi


01.05.2017  11:16 

DİM-dən qəbul imtahanları ilə bağlı daha bir AÇIQLAMA





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017-2018-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
DİM mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında imtahanlar barədə ümumi məlumat verib.

“Dünənki imtahanda 35 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulmuşdu. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən 3 abituriyent imtahana mobil telefonla daxil olmağa cəhd edib. Həmin abituriyentlər imtahan binasına buraxılmayıb və nəticələri ləğv ediləcək.

Bu gün səhər saatlarından etibarən imtahan protokollarının və cavab kartlarının emalı prosesinə start verilib”.

Xanlar Xanlarzadə deyib ki, yaxın 3-4 gün ərzində abituriyentlərin imtahan nəticələri və cavab kartlarının qrafik təsvirləri DİM-in saytında yerləşdiriləcək”.

(modern.az)

Xəbər 3076 dəfə oxunub.




03.10.2025  16:03 

Bakıda torpaq bahalaşır


BÜTÜN XƏBƏRLƏR +