Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


27.11.2021  08:31 

Türkiyəyə giriş qadağan edilib - 5 ölkədən gələnlər üçün...





A+  A-

Afrikanın 5 ölkəsindən Türkiyəyə gələnlər üçün giriş qadağan edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, yeni növ koranavirusun mutasiyaya uğramış yeni variantının aşkar olunması səbəbilə bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə gələnlər üçün giriş qadağan edilir.

Qeyd edək ki, yeni ştammın yayılma təhlükəsi ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib və İspaniya, Avstriya, İtaliya, Almaniya, İsrail, İngiltərə Cənubi Afrika və qonşu ölkələrdən olan uçuşları dayandırıb.

Xatırladaq ki, Avropa Birliyinin 27 dövləti, ABŞ, Böyük Britaniya yeni adı "Omicron" olan virusa görə Cənubi Afrikaya, Botsvana, Zimbabve, Namibia, Lesotho, Esvatini, Mozambiq and Malaviyə uçuşları dayandırdı. Omicron ştammı 32 cür mütasiya ola bilir və indikindən yüz dəfələrlə çox sürətlə yayılır.

Artq virus daşıyıcıları Belçikada, Honkonqda və İsraildə qeydə alınıb.

Bütün dünya bundan danışır, dəhşətli virusdur.

Xəbər 3874 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +