Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


18.05.2021  13:48 

Ermənistanın keçmiş naziri aeroportda saxlanıldı





A+  A-

Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, paytaxtın eks-meri Qagik Beqlaryan İrəvan hava limanında polis tərəfindən saxlanılıb.
XəzərNews.az Sputnik Ermənistan”a istinadən xəbər verir ki, keçmiş məmur bir gün əvvəl Moskvadan bir reyslə İrəvana gəlib. Əməliyyatçılar onu paytaxtın hava limanında gözləyib.

Beqlaryan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə 2020-ci ilin mart ayından bəri axtarışa verilib. O, böyük miqyasda əmlak mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Bundan əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdiyi üçün sabiq məmur dərhal nəzarətə alınıb.

Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən bir müddət sonra ölkəni tərk etmişdi.



Xəbər 3325 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +