Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.04.2021  13:11 

Gürcüstan polisi Poznerlə dostlarını cərimələyib





A+  A-

Gürcüstan polisi rusiyalı teleaparıcı və jurnalist Vladimir Poznerlə 30-a yaxın dostunu respublikanın paytaxtına səfəri zamanı koronavirusla bağlı karantin tədbirlərini pozduğuna görə cərimələyib.
XəzərNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, teleaparıcı və dostları üçün cərimənin onun gəlişi səbəbindən baş verən etirazlarla heç bir əlaqəsi yoxdur. Jurnalist 87 yaşını qeyd etmək qərarına gəldiyinə və pandemiya şəraitində kütləvi bir tədbir təşkil etdiyinə görə cəzalandırılıb.

Mətbuat xidməti bununla yanaşı tədbirin keçiriləcəyi otelin də də böyük miqdarda cərimə olunduğunu qeyd edib. Hazırda Pozner Gürcüstanı tərk edib və Rusiyadadır.

Aparıcı “Sputnik Gürcüstan”a verdiyi açıqlamasında baş verənləri müzakirə etmək istəmədiyini bildirib: “Dünən olanları müzakirə etmək istəməzdim. Ən azından bu barədə hələ heç kimlə danışmamışam. Bu mövzunu hazırda müzakirə etmirəm”.

Qeyd edək ki, tanınmış aparıcı Vladimir Poznerin Gürcüstana səfəri ölkə ictimaiyyətində ciddi rezonans doğurub. Belə ki, Pozner daha əvvəllər Gürcüstanın işğal altında olan Abxaziya bölgəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlmişdi.

Xəbər 3055 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +