Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.04.2021  14:09 

Çindən Azərbaycana növbəti vaksin partiyası gətirildi





A+  A-

Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.
XəzərNews.az xəbər verir ki, Çinin “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Vaksinin bu partiyasını səhiyyə nazirinin müavini Viktor Qasımov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min qarşılayıb.

Ramiz Həsənov bildirib ki, Çin məsuliyyətli tərəfdaş olaraq Azərbaycanla əməkdaşlıqda öz öhdəliklərini yerinə yetirir: “Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanan müqaviləyə əsasən, “COVID-19” pandemiyası əleyhinə ilk peyvənd partiyasını biz qəbul edirik. Bu, çox önəmli hadisədir. Beynəlxalq aləmdə bu vaksinlə bağlı – onun ədalətli bölünməsi və ölkələrə çatdırılması ilə bağlı problemlərin yaşanıldığı dövrdə peyvəndlərin vaxtında gəlməsi Prezident tərəfindən aparılan uğurlu işin nəticəsidir. Bu məsələni dövlət başçısı xüsusi nəzarətə götürüb”.

Viktor Qasımov isə qeyd edib ki, Azərbaycan Çinlə səmərəli, uğurlu əməkdaşlıq edir və bu peyvənd partiyasının gətirilməsi də onun bariz nümunəsidir:

“Peyvənd işlərini sürətləndirmək üçün İlham Əliyevin Çin Xalq Respublikasının ali rəhbərliyinə müraciəti əsasında qısa müddətdə 5 milyon doza vaksinin gətirilməsi ilə bağlı müqavilə imzalanıb. 10 gün ərzində artıq 500 min doza vaksin ölkəmizə gətirildi. Bu işləri nə qədər sürətlə aparsaq, epidemioloji vəziyyəti yaxşılaşdıra bilərik”.

Xəbər 3091 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +