Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.05.2018  11:21 

“Ermənistan tarixən Rusiya üçün yük olub” - Rus teleaparıcı





A+  A-

“Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, “Rosneft” şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.

“Gəlin tam açıq danışaq. Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yük olub. Əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır. Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı (Nikol Paşinyan-red) tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar”, - deyə M. Leontyev vurğulayıb.

O, Ermənistanın Rusiyadan başqa heç kimə lazım olmadığını söyləyib:

“Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi”.

Xəbər 2917 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +