Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


01.05.2017  16:57 

Türkiyədə 1 May aksiyalarında toqquşmalar olub





A+  A-

Bu gün Türkiyədə 1 May Əmək və Həmrəylik Günü qeyd edilir.
XəzərNews.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu il İstanbulda əmək gününün qeyd edilməsi üçün Bakırköy Xalq Bazarı meydanı ayrılıb.

Bayram aksiyasında iştirak edəcək insanlar İncirli prospekti ilə Bakırköy Xalq Bazarı meydanına hərəkət edirlər. Aksiyaçılar meydana buraxılmazdan əvvəl 3 dəfə yoxlamadan keçir. Meydana gələn qruplar arasında “Beşiktaş” klubunun tərəfdar qrupu “Çarşı” və “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri də var. “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri sinələrinə Gəzi parkı olaylarında həyatını itirən Berkin Elvan və Ali İsmayıl Korkmazın fotoşəkillərini vurublar.

Ənənəvi olaraq, hər il müxtəlif qrupların Əmək və Həmrəylik gününü qeyd etməyə çalışdığı Taksim meydanına gələn yollar isə yerli vaxtla saat 05.00 radələrindən bağlanıb, meydan təzyiqli su maşınları və polis koridoru ilə əhatəyə alınıb. Ancaq Talimhane, Beşiktaş və Şişlidən Taksim meydanına daxil olmağa cəhd göstərən qruplar olub. Polis həmin qruplara müdaxilə edib, çoxlu sayda şəxs saxlanılıb. Bakırköydə qarşıdurma zamanı isə polis havaya atəş açıb.

"Reuters" artıq 200-dən çox şəxsin nəfərin saxlandığı, aksiya iştirakçılarından 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 fişəng aşkarlandığı barədə məlumat yayıb.

Qeyd edək ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir.

Xəbər 2974 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +