Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.08.2025  14:20 

Bu şirkət rəhbərinə hökm oxundu





A+  A-

Dələduzluqda təqsirlənidirilən "Alfa Tikinti Təmir” şirkətinin rəhbəri Pərviz Rzayevə hökm oxunub.

XəzərNews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Pərviz Rzayev bir neçə nəfərdən pul alaraq onlara mənzil tikəcəyini vəd edib. Lakin vədinə əməl etməyib.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra Pərviz Rzayev saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.2(Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Şirkət rəhbəri məhkəmədə verilmiş ittihamla özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə Pərviz Rzayevə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 6 ay 10 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində 1 il 11 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

"Alfa Tikinti Təmir” MMC 26 dekabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır.


Xəbər 862 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +