Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


29.07.2025  11:09 

“İmamoğlu işi” ilə bağlı daha 25 nəfər həbs olundu





A+  A-

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı aparılan istintaq çərçivəsində yeni əməliyyat keçirilib.

XəzərNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, İSFALT (İstanbul Böyükşəhər Bələdiyyəsinin iqtisadi müəssisələrindən biri - red.) və İETT-in (İstanbul Elektrik, Tramvay və Tunel Əməliyyatları Müdirliyi - red.) qazandığı bir neçə tenderdə korrupsiya faktları ilə bağlı 25 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 21 nəfər saxlanılıb.

Sözügedən əməliyyatlar İstanbul, Antalya, Çanaqqala, Trabzon, Bursa və Giresunda həyata keçirilib.

Həmin şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və sənədlər götürülüb.

Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində martın 23-də sədr Əkrəm İmamoğlu haqda həbs qərarı verilib. Daha sonra Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Xəbər 439 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +