Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


30.09.2024  13:34 

Azərbaycanda əsgərlik yaşı artırılır? - VACİB AÇIQLAMA





A+  A-

Hər ölkədə hərbi xidmətə çağırış qaydaları, çağırış yaşı və xidmətin müddəti müxtəlifdir. Azərbaycanda gənclərin hərbi xidmətə çağırış yaşı 18, əsgərlik müddəti ali təhsilli oğlanlar üçün 12 ay, ali təhsili olmayanlar üçün 18 ay müəyyən edilib. Həmçinin müddətdən artıq hərbi xidmət də mövcuddur ki, bunun da öz qaydaları var. Məsələn, qardaş Türkiyədə hərbi xidmətə çağırış yaşı 21-dir.

Bəs ölkəmizdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması mümkündürmü? Bununla bağlı təkliflər varmı?

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda bu mövzu ətrafında hər hansı müzakirə yoxdur:

“Azərbaycanın çağırışla əlaqədar müvafiq qurumları tərəfindən müddətli hərbi xidmətə çağırış yaşının artırılması müzakirə olunmur. Bu yaş həddinin dəyişdirilməsi ilə bağlı heç bir ciddi müzakirələr getmir. Yaxın perspektivdə də bu mövzuda müzakirələrin olacağını gözləmirəm. Məncə, buna hələlik ehtiyac da yoxdur. Hərbi xidmətə 18 yaşında çağırılan bir əsgər 19-20 yaşında ya evinə qayıda bilir, ya da orduda müvafiq vəzifələrdə qalıb xidmətini MAXE kimi davam etdirə bilir”.

Ekspertin fikrincə, müddətli həqiqi hərbi xidmətlə bağlı yaş həddində ediləcək dəyişiklik bir sıra texniki problemlər yarada bilər:

“Digər tərəfdən, xidmət yaşının artırılmasının yarada biləcəyi texniki problemlər də var. Yəni yaş həddi artırılırsa, məsələn, 19 yaş olarsa, ən az 4 çağırış hərbi xidmətə əsgər çağırılmayacaq. Bəs bu məsələni necə həll edəcəyik? Ona görə də bu təkliflər hələki aktual deyil və müzakirəsi aparılmır. Ümumiyyətlə, hələlik aparılması da məqsədəuyğun deyil”.



Xəbər 6671 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +