Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


26.02.2018  12:58 

“Cəhənnəmi görmüş pilot” təltif olundu - Fotolar+Video





A+  A-


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov təşkilatın fəxri üzvü, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviçi “Cavad Xan” Ordeni ilə təltif edib. UABD-dən XəzərNews.az-a daxil olan məlumata görə, Kraveç Leonid Markoviç Azərbaycan naminə fəaliyyətində fərqləndiyi üçün təltif olunub.

Qiymətli metaldan hazırlanmış “Cavad Xan” Ordeni 1, 2 və 3-cü dərəcəlidir. Orden yaşadığı ölkədən və milliyyətindən asılı olmayaraq Azərbaycan naminə fəaliyyətində fərqlənən insanlara təqdim olunur. Hazırda Leonid Kraveç Ukraynada olmadığından ordenin təqdim etmə mərasimi martın əvvəllərinə planlaşdırılıb.

Xatırladaq ki, Xocalı qətliamının ilk şahidi Kraveç Leonid Markoviç UABD sədri Hikmət Cavadovun təşəbbüsü ilə Bakıda olub, Heydər Əliyev Mərkəzində filmin təqdimatında iştirak edib. Filmin həmçinin Moskvada və Kiyevdə böyük auditoriya qarşısında nümayiş etdirilib. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən “Cəhənnəmi görmüş pilot” filmində Leonid Kravets hadisələri gördüyü kimi nəql edir, lazım olacağı təqdirdə beynəlxalq məhkəmələrdə şahid kimi çıxış edəcəyini bildirir.

Film UABD tərəfindən Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

2016-cı ildə Prezident İlham Əliyev Markoviçin xidmətlərini yüksək qiymətləndirərək onu “Tərəqqi” medalı ilə təltif edib.

Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.





Xəbər 3267 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +