Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


15.09.2025  11:09 

Prezident Badara kəndində olub -FOTOLAR





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub.

XəzərNews.az xəbər verir ki, Silahlı Qüvvələrin 2023-cü ilin sentyabrında həyata keçirdikləri antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçən kəndlərdən biri də Badaradır.

Qeyd edək ki, o vaxtdan indiyədək kənddə sosialyönümlü bir sıra layihələr icra olunub. Belə ki, mövcud elektrik və qaz xətləri bərpa olunub, transformator quraşdırılıb, sayğaclaşdırma işləri görülüb, yeni qaz xətti çəkilib, rabitə xətləri üçün dirəklər basdırılıb, kabelin çəkilişi davam etdirilir. Badarada park və bayraq meydanı yaradılıb, yollara asfalt döşənib.

Kəndin ərazisində ümumilikdə 313 fərdi ev var ki, onlardan da 55-i yararsız, 258-i isə qismən yararlıdır. Artıq 15 fərdi ev bərpa olunub. Cari ilin sonunadək 115, gələn il isə 128 evin bərpası planlaşdırılır. Artıq 14 ailə (55 nəfər) kəndə köçüb.

Dövlət başçısı kəndə köçmüş Barat Novruzovun evinə baş çəkib, ailə üzvləri ilə söhbət edib.






Xəbər 2880 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +