XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


03.09.2025  13:48 

“Unibank” məşhur jurnalistin başına oyun açdı





A+  A-

“Heç belə bir status yazmaq istəməzdim. Ancaq quldur sələmçi təfəkkürlülər bunu yazmağa məcbur etdi”.

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə “Yeni Çağ” saytının rəhbəri, Mətbuat Şurasının üzvü Aqil Ələsgər çıxış edib.

O, “Unibank”ın onun başına açdığı oyun haqda məlumat verib. Qeyd edib ki, Azərbaycanda bank sistemi onsuz da yaxşı durumda deyil:

“Sahibi Fransanın kavalyeri olan Unibank isə unikallığı ilə seçilir. Sentyabrın 30-da mənimlə olan kredit müqavilələri başa çatır deyə 15 gün əvvəl 1900 manatlıq kredit xəttini beş illik 10 min manata qaldırmağı təklif etdilər. İmtina etdim. İmtinadan üç gün sonra limiti 500 aşağı saldılar. Dünən də 1400 manatlıq kredit kartı borcunu ödəyən kimi kartı sıfırlayıblar.

Yəni, müqavilənin bitməsinə hələ bir ay var və bir gün belə gecikməm olmadığı kimi 15 gün öncə yalvarırcasına “şöbədə beş dəqiqə vaxtınız gedəcək, kredit xəttini 10 min edək, əlavə də 5 min nağd kredit verək” deyən bank kredit xəttimi bağlayıb. Bu rəzilliyin, müştərisinə xəbərdarlıq etmədən hesab sıfırlayan banka kiminə nə ürək sözü varsa, deyə bilər.

İnşallah tezliklə, bağlanan, qapısı möhürlənən banklar arasında səni də görərik, Unibank!”

Xəbər 2803 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +