2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


22.09.2025  12:55 

Kiyevdə Rusiya xüsusi xidmət orqanlarına işləyən şübhəlilər saxlanıldı





A+  A-

Sentyabrın 22-də Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyev vilayətində Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) işləyən bir qrup şəxsi saxlayıb.

XəzərNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, saxlanılanlardan ikisi keçmiş hüquq-mühafizə orqanı əməkdaşlarıdır.

Bildirilir ki, şübhəlilər Ukrayna telekommunikasiya operatorlarının SIM kartlarını işğalçılara ötürərək kamikadze tipli pilotsuz uçuş aparatlarının idarəsində istifadə olunmasına şərait yaradıblar. Həmçinin həmin kartlar Avropa İttifaqındakı şəriklər vasitəsilə Rusiyaya göndərilib və Naberejnıye Çelnı ilə Yelabuqa şəhərlərindəki zavodlarda tətbiq edilib.

İstintaqa əsasən, saxlanılanların digər vəzifəsi Ukrayna mobil operatorlarının əməkdaşlarını cəlb etməklə daxili məlumat toplamaq olub.

Onlar Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi (hərbi vəziyyət dövründə dövlətə xəyanət) ilə ittiham olunublar. Şübhəliləri ömürlük həbs cəzası gözləyir.



Xəbər 1711 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +