Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq


23.02.2022  18:11 

Sabiq başçının üzərindən həbs götürülən əmlakları - Siyahı





A+  A-

Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin əmlakları üzərinə qoyulmuş həbs götürülüb.

XəzərNews.az xəbər verir ki, APA həmin əmlakların siyahısını əldə edib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilmiş sabiq icra başçısının üzərindən həbs götürülmüş əmlakları aşağıdakılardır:

Goranboy rayonu, aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan 0.08 ha torpaq sahəsi;

Goranboy şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası;

Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min 395 manat olan qeyri yaşayış binası;

Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri yaşayış binası.

Xatırladaq ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunmuşdu.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vəfat etmiş Nizaməddin Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib, Ramiz Tatarovun isə cəzası 8 il 3 aya endirilib.

Xəbər 3268 dəfə oxunub.




24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +