20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu


09.09.2025  12:05 

Bu klinikada pasientin telefonu oğurlandı





A+  A-

Bakının Xətai rayonunda fəaliyyət göstərən "Rezonans" klinikasında oğurluq hadisəsi baş verib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, klinikanın gözləmə zalında pasientlərdən birinə məxsus mobil telefon oğurlanıb. Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat verilib. Bundan başqa, zərərçəkmiş ərazi üzrə polis idarəsinə müraciət edib.

Hadisəni törədən şəxs kameraya düşdüyündən onu müəyyən etmək çətin olmayıb. Məlum olub ki, oğurluğu edən əvvəllər də bu cinayətə görə məhkum olunmuş Mehman Qulamovdur (şərti).

Mehman Qulamov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci (Oğurluq) maddəsi ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.

Məhkəmə zamanı Mehman Qulamov verilmiş ittiham üzrə özünü təqsirli bilib. Müttəhim əlavə edib ki, həbsdən çıxdıqdan sonra heç yerdə işləmədiyi üçün maddi sıxıntıları olub. O, vəziyyətdən çıxmaq üçün yenidən oğurluq etmək qərarına gəlib və bu məqsədlə "Rezonans" klinikasına gedib.

Zərəçəkmiş şəxs isə məhkəmədə bildirib ki, telefonu kreditlə alıb və təqsirləndirilən şəxs ona 1054 manat ziyan vurub.

Hakim Aygün Həsənovanın çıxardığı hökmə əsasən Mehman Qulamova 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xəbər 1541 dəfə oxunub.




10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +