Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu


29.06.2017  09:44 

Rusiyada iki azərbaycanlı həbsdən qaçdı





A+  A-

Rusiyanın Mordova Respublikasının Ruzayevka şəhərində iki azərbaycanlı həbsxanadan qaçıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, 23 yaşlı Aslan Cəlalov və 42 yaşlı İsmət Hüseynov konvoyun ani diqqətsizliyindən istifadə edərək, qaça biliblər. Belə ki, bir sıra ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Aslan Cəlalov və İsmət Hüseynovun Azərbaycana ekstradisiyasına hazırlıq gedirmiş. Onlar bu məsələ ilə bağlı Ruzayevka şəhərindəki təcridxanaya aparılarkən yolda konvoy maşınından düşüb qaçmağa müvəffəq olublar.
Hazırda onlar Rusiya üzrə federal axtarışa veriliblər. Onların hər ikisi quldurluqda ittiham olunaraq məhkəmə qarşısına çıxmalıydılar.

Mordova Respublikası Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Aslan Cəlalov və İsmət Hüseynovun üzərində pul yoxdur: “Bu isə onları yeni cinayətlər törətməyə vadar edə bilər”.

Mordova hökuməti qaçan məhkumların tutulmasına yardım göstərmələri üçün Azərbaycan diasporundan da kömək istəyib.

Xəbər 2672 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +