Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi


08.05.2017  13:34 

DTX generalının ailəsində faciə - 3 nəfər öldü





A+  A-

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib.
XəzərNews.az Bizimyol.info-ya istinadən xəbər verir ki, ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ ki, bəlli olmayan minik avtomobilləri toquşub.

Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

Xəbər 3084 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +