Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi
Maddi yardım adı ilə dələduzluq
Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var


01.12.2023  11:50 

Azərbaycanda hansı ölkələrin agent şəbəkəsi var?





A+  A-

“Azərbaycanda marağı olan ölkələr çoxdur və burada konkret şəkildə ABŞ agentlərinin olması əsas məsələ deyil”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Analitik xarici ölkələrin Azərbaycandakı agentura şəbəkələrinin fəaliyyətindən söz açıb.

Xatırladaq ki, son günlər kəskinləşən ABŞ-Azərbaycan münasibətləri fonunda bir sıra analitiklər ABŞ-ın Azərbaycanda agentura şəbəkəsinin mövcudluğunu istsina etməyib.

İ.İsmayıla görə isə ABŞ-ın dünyanın hər yerində informasiya mənbələri və agentləri var:

“Ola bilsin ki, bu agentlərin Azərbaycanda mövcudluğu mümkündür. Lakin mətbuatda bununla bağlı yazılar dərc olsa da, indiyə qədər ABŞ-ın hər hansı bir agenti ifşa olunmayıb. Amma biz dəfələrlə görmüşük ki, İranın agentura şəbəkəsinin üzvü olan insanların çoxu dövlətə xəyanətdə ittiham olunub, cəzalar çəkiblər və bu proseslə bağlı məhkəmələr gedir. O cümlədən Rusiyaya işləyənlərin də həbs edilib ifşa edilməsi məsələsi də olub”.

Onun sözlərinə görə, ABŞ-ın agentura şəbəkəsi deyərkən çox təəssüf ki, burada təbliğat xarakteri konkret real faktdan çoxdur:

“Agenti tutulanda onu dövlətə xəyanətdə ittiham edib müvafiq qanunvericiliklə cəza verilir. Lakin QHT nümayəndələrinə agentura şəbəkəsi demək düzgün deyil. Deyə bilərsən ki, ABŞ Azərbaycandakı QHT-lərin vasitəsilə öz maraqlarını həyata keçirir. Əgər bu maraqların həyata keçirilməsi konkret şəkildə dövlətə zərər və xəyanətdirsə, o zaman bu amilləri əsaslandırıb həmin şəxsləri həbs edə bilərlər. Yenə deyirəm, əgər həmin QHT rəhbərləri bu məsələdə dövlətin əleyhinə işləyərsə... Lakin ümumi sözlə kimlərəsə agentura şəbəkəsi demək düz deyil. Xüsusilə də ABŞ məzunlarının görüşünü bu qəbildən olan məsələlərə qatmaq səhvdir”.

“O ki qaldı İran və Rusiya agentlərinin Azərbaycanda olmasına, mən bu siyahıya Ermənistan, hətta Gürcüstanı da daxil edə bilərəm. Çünki Azərbaycanda marağı olan dövlətlər, ilk növbədə, qonşular, daha sonra isə super dövlətlər olur ki, bunların da informasiya mənbələri var. Sadəcə olaraq, hərə bu məsələyə bir cür yanaşır. Əgər biri öz adamını hansısa əməliyyata göndərirsə, bu, casusdur və ölkəyə xəyanətdir. Amma hansısa bir QHT vasitəsilə tədbirlər keçirilirsə və burada dövlətə xəyanət motivləri yoxdursa, onları agent adlandırmağın mənası yoxdur”, - deyə o, fikirlərini tamamlayıb.

Xəbər 3310 dəfə oxunub.




23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +