Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


11.12.2018  14:08 

Hava pisləşəcək - Xəbərdarlıq





A+  A-

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a daxil olan xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 12-də səhər bəzi şimal və qərb rayonlarında duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Departamentin hava şəraitinin pisləşəcəyi haqda xəbərdarlıq da yayıb. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 13-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında dekabrın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq dekabrın 14-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazlərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Xəbər 3224 dəfə oxunub.



25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +