Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


12.08.2025  17:36 

Azərbaycanlının övladları Parisdə əllərindən alınıb





A+  A-

Paris aeroportunda Azərbaycan vətəndaşlarının övladları əllərindən alınıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyindən APA-ya bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.
“İyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.

6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib. Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb”, - məlumatda vurğulanıb.

Bildirilib ki, hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir:

“Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər. Azərbaycanın Fransadakı səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”.

Xəbər 910 dəfə oxunub.




15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +