Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib





A+  A-

Sentyabrın 2-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rostov-na-Donuya hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində iki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Biri uşaq olmaqla dörd nəfər xəsarət alıb.

Şəhər merinin səlahiyyətlərini icra edən Aleksandr Skryabin isə bildirib ki, zərərçəkmiş mənzillərdən birində partlamamış mərmi tapılıb.

Hadisə yerinə cəlb edilən istehkamçılar mərmini zərərsizləşdirib. Ümumilikdə 320 sakin binalardan təxliyə edilərək məktəblərdən birinə yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında qeyd edib ki, ötən gecə Rostov vilayəti üzərində Ukraynaya məxsus 13 pilotsuz uçan aparat hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Xatırladaq ki, Rostov vilayəti bundan əvvəl avqustun 31-nə keçən gecə də PUA hücumuna məruz qalıb. O zaman 8 pilotsuz aparat vurulub, dağıntılar və itkilər barədə məlumat verilməyib. Avqustun 14-də isə Rostov-na-Donuda pilotsuz aparat yaşayış binasına düşüb, 13 nəfər yaralanıb.




Xəbər 1702 dəfə oxunub.



19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +