“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


04.12.2023  18:36 

Prokurorluq və DİN Vəndamda baş verənlərlə bağlı məlumat yaydı





A+  A-

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Qəbələnin Vəndam qəsəbəsində polislə vətəndaş arasında baş verən insidentlə bağlı birgə məlumat yayıb.

Xəzərnews.az xəbər verir ki, birgə yayılan məlumatda polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edildiyi bildirilib.

Qeyd edilib ki, dekabrın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub.

“Aparılan araşdırma zamanı Qəbələ rayonunun Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin qeyd olunan tarixdə yaşadığı qəsəbənin ərazisində yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi “Vaz 2107” minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymazlıq nümayiş etdirmələri, ictimai qaydanı kobud surətdə pozmaları, habelə hakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Qəbələ RPŞ-yə məxsus avtomobili zədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə Eldəniz Ağayev Cinayət Məclləsinin 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), Səxavət Ağayev isə həmin Məcəllənin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məhkəmənin qərarı ilə Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün hallar tam, hərtərəfli və obyektiv istintaq edilməklə təqsiri olan bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək” – məlumatda qeyd olunur.

Xəbər 2597 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +