Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


09.06.2021  09:43 

Bu gün imtahan var





A+  A-

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanları keçiriləcək.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bugünkü imtahanlarda 21423 şagirdin iştirakı gözlənilir. İmtahanlar Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında keçiriləcək.

Qeyd edək ki, iyunun 9-10-da imtahan keçirilicək şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3333 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 549 imtahan rəhbəri, 4166 nəzarətçi-müəllim, 394 buraxılışı rejimi əməkdaşı (mühafizə), 197 bina nümayəndəsi ayrılıb.

Xəbər 3713 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +