Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


15.01.2021  15:43 

Koronavirusa yoluxan tələbə sonradan imtahan verə bilər





A+  A-

“Əgər tələbə “COVID-19”a yoluxarsa və imtahanda iştirak etməzsə, ona ali təhsil müəssisəsi tərəfindən yenidən imtahan verməsi üçün şərait yaradılacaq”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda vebinarda bildirib. O qeyd edib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr içərisində həm müharibədə iştirak edən, həm də koronavirusa yoluxan tələbələr olub və bu halda tələbələrə şərait yaradılıb:

“Nazirlər Kabinetinin bununla bağlı təlimatı var, əgər tələbə evdən imtahana qoşula bilirsə, biz ona bunun üçün müvafiq şərait yaradırıq. Əgər həmin tələbə qoşula bilmirsə, özünü pis hiss edirsə, biz onu üzrlü hal kimi qəbul edirik və onun sonradan imtahan verməsinə şərait yaradırıq”.

E. Aslanov onlayn dərslərə qoşula bilməyən tələbələrdən də söz açıb: “Kompüter və ya planşeti olmayan tələbələrə bu cihazarı almaq imkanımız yoxdur. Amma internetə çıxışla bağlı problemi olan tələbələrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar Komitəsi tərəfindən kömək edilir. İndiyə qədər 100-dən çox tələbəyə onlayn dərslərə qoşulmaq üçün internet-paket yüklənib”.

O qeyd edib ki, sözügedən universitetdə dərslərə qoşulan 70 faiz tələbə ilə qoşulmayan 30 faiz tələbəyə imtahana qədər heç bir fərq qoyulmayıb. Lakin hansı tələbələr ki, tədris müddətində yaxşı performans göstəriblər, müəllimlərdən xahiş olunub ki, onları nəzərə alsınlar.

Xəbər 3961 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +