Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


20.02.2019  10:32 

Uşaqlara özbaşına sakitləşdirici vermək olmaz - XƏBƏRDARLIQ





A+  A-

Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil.
XəzərNews.az-ın xəbərinə görə, bunu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloquğ Elşən Rzayev deyir. Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.

E.Rzayevin sözlərinə görə, , bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər: “Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır”.

Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.

Kardioloq qeyd edir ki, bəzi vaideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirir.

“Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir. Odur ki, kardioloq bəzi valideynlərin deyir, ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığının əsassız olduğunu deyir”.

Xəbər 3243 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +