Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq


24.04.2018  15:43 

26 polis DİN-dən qovulub





A+  A-

"Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2017-ci ildə polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər diqqət mərkəzində saxlanılıb, daxili nəzarət çərçivəsində aşkarlanan 312 fakt üzrə (90-ı vətəndaşlarla kobud rəftar, 88-i polisə əsassız gətirmə və saxlama, 74-ü sürücülərin hüquqlarının pozulması, 11-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 4-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 45-i digər hallar) 414 əməkdaş intizam qaydasında cəzalandırılıb".
XəzərNews.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Hesabatda qeyd edilib ki, onlardan 26-ı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.

Bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib", - məruzə sənədində qeyd olunub.

Xəbər 3362 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +