Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


23.06.2017  09:46 

Narazı qalan müəllimlərə növbəti şans veriləcək





A+  A-

Azərbaycanda diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər öz bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya bilərlər.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamlanmaq üzrədir.
Nazirlik rəsmisi əlavə edib ki, işə yeni qəbul olan müəllimlər üçün yeni qiymətləndirmə keçirilməlidir: "Hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir və hər il Təhsil Nazirliyi sisteminə daxil olan məktəblərə yeni müəllimlər təyinat alır. Həmin müəllimlər üçün də gələcəkdə diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bəzi müəllimlər düşünə bilər ki, ötən il ərzində öz peşəkarlıq səviyyəsini yüksəldiblər. Həmin qiymətləndirmə keçirilərkən də öz nəticəsindən razı qalmayan müəllimlər özlərini yenidən sınaya bilərlər. Biz həm əvvəlki qiymətləndirmənin nəticəsindən razı qalmayanlar, həm də qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də yenidən özlərini sınaya bilməsi üçün şərait yaradacağıq".

(trend.az)

Xəbər 3185 dəfə oxunub.




05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +