Ağdərədə yanğın törədən şəxslər saxlanılıb
Kikboksçu qadın restoranda həmcinsini niyə döyüb?
Səfirimiz geri çağrıldı
Qazaxıstanda həbslər: Nazir və iş adamı saxlanıldı
Azərbaycanda hava yağışlı keçəcək - Sabah
Gəliri bir ildə 20 milyon manat azalıb
“İş bağlanıb, hara istəyirsən şikayət elə!”
Rusiya paraflanmış sazişə nikbin yanaşır - Overçuk
Overçuk Azərbaycanda saxlanılan ruslardan danışdı
DİM yeni tələbə olanlara müraciət etdi


22.06.2017  11:42 

Əli Əhmədov pozuntulardan danışdı





A+  A-

“Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün bir sıra işlər həyata keçirilib. Bu istiqamətdə layihələr hazırlanıb, sahibkarlarla görüşlər təşkil edilib və onlar arasında əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirmə işləri aparılıb”.
XəzərNews.az xəbər verir ki, bunu Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclasında bildirib. Ə. Əhmədov qeyd edib ki, bir aydan çox müddətdə əmək münasibətləri tənzimlənməyən 1965 nəfər insan aşkar edilib. Həmən şəxslərin əmək fəaliyyəti rəsmiləşdirilib. Aşkar edilən şəxslərin əksəriyyəti ticarət sahəsində fəaliyyət göstərənlərdir. Belə ki, 1965 nəfərdən 732 nəfəri ticarət, 342 nəfəri digər xidmət sahələrində, 316 nəfəri istehsal, 292 nəfəri iaşə, 86 nəfəri sənaye və tikinti materiallarının pərakəndə satışı, 75 nəfəri topdansatış ticarət sferasında, 57 nəfəri tikinti, 45 nəfəri rabitə və nəqliyyat, 20 nəfəri isə təhsil, səhiyyə və maliyyə sahələrində əmək fəaliyyəti tənzimlənmədən çalışıb.

Baş nazirin müavini qeyd edib ki, qeyri-rəsmi məşğulluqla bağlı əsas iqtisadi fəaliyyət bölgələr üzrə Bakının payına düşür. Aşkarlanan 1965 nəfərdən 1263 nəfəri Bakıda fəaliyyət göstərib. Yerdə qalan 702 nəfər isə bölgələrdə çalışanlardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə davam etdiriləcək və bu cür hallar aşkarlanaraq qarşısı alınacaq.

Xəbər 3239 dəfə oxunub.




04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı

04.09.2025  10:00 

Yeniyetmə su kanalında boğulub


BÜTÜN XƏBƏRLƏR +