Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


19.09.2025  14:56 

Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu





A+  A-

Ukraynada qalan vətəndaşların böyük hissəsi prezident Vladimir Zelenskiyə etibar edir.

XəzərNews.az xəbər verir ki, bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) sentyabrın 19-da dərc etdiyi ümummilli sorğunun nəticələrində əksini tapıb.

Məlumata görə, respondentlərin 58 faizi “güvənirəm”, 34 faizi isə “etibar etmirəm” cavabını verib. Qalanları isə qərarsız qalıb.

İyul-avqust aylarında keçirilmiş əvvəlki sorğu ilə müqayisədə Zelenskiyə etimad bir faiz bəndi artıb, etimadsızlıq isə eyni dərəcədə azalıb.

Sorğuda həmçinin seçkilərin keçirilməsi ilə bağlı ictimai rəy öyrənilib. Respondentlərin 63 faizi hesab edir ki, seçkilər yalnız müharibə tam başa çatdıqdan və yekun sülh sazişi imzalandıqdan sonra keçirilməlidir. 11 faiz “seçkilər indi, hətta atəşkəsdən əvvəl də keçirilməlidir” deyib, 22 faiz isə seçkilərin keçirilməsini ümumilikdə məqsədəuyğun sayıb.

KIIS qeyd edib ki, seçkilərə dəstək səviyyəsi prezidentə olan inamla sıx bağlıdır. Belə ki, prezidentə güvənənlər seçkilərin indi keçirilməsini daha az dəstəkləyirlər. Əksinə, Zelenskiyə ümumiyyətlə etibar etməyənlərin 29 faizi seçkilərin müharibə bitməmiş keçirilməsinin tərəfdarıdır.

Sosioloji sorğu sentyabrın 2-dən 14-dək Ukraynanın hökumət nəzarətində olan bütün regionlarında telefon müsahibəsi yolu ilə aparılıb. Nümunədə yaşı 18-dən yuxarı 1023 nəfər iştirak edib. Statistik səhv 4,1 faizdən çox deyil.

Xəbər 2456 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +