Peskov: “Rusiya hazırda ölümcül müharibə aparır”
Putin və Rusiya ciddi iqtisadi böhran içindədir - Tramp
Şahin Şıxlinski barəsində qərar verildi
“Music Gallery” müştəriləri belə aldadır
Şahin Mustafayev Təbriz və Culfada səfərdə olub
Yelena Zelenska Melaniya Trampla görüşüb
Ukrayna Rusiya neft emalı zavodunu vurdu
Sabahın havası açıqlandı: Buludlu olacaq
İlhamə Elşadqızına hökm oxundu
Şagird və xadiməni döyən müavin necə cəzalandı?


10.03.2021  18:16 

“Bandotdel” Ağcabədidə əməliyyat keçirdi





A+  A-

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları Ağcabədi rayonunda əməliyyat keçirib.
DİN Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər məhkum olunmuş Ağcabədi rayonunda yaşayan Qorxmaz Quluzadənin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə əməliyyat məlumatı daxil olub. Əməliyyat tədbiri nəticəsində həmin şəxs tutulub. Onun yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat, 1 ədəd “Makarov” markalı tapança, həmin silahlara məxsus ümumilikdə 26 ədəd patron və 2 ədəd sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Qorxmaz Quluzadə barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Xəbər 3336 dəfə oxunub.




24.09.2025  13:00 

İlhamə Elşadqızına hökm oxundu

24.09.2025  11:34 

Baş nazir QƏRAR İMZALADI

24.09.2025  10:43 

Bu ərazilərdə qaz olmayacaq

24.09.2025  10:41 

Xəzərdə zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +