“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


24.04.2020  11:08 

Türkiyə ticarət mərkəzlərini açmağa hazırlaşır





A+  A-

Türkiyədə 8-15 may tarixləri arasında ticarət mərkəzlərinin nəzarətli bir şəkildə açılmasına hazırlıqlar gedir.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Mərkəzləri və İnvestorlar Birliyinin (AYD) sədri Hüseyn Altaş açıqlama verib.

“İtaliya, İspaniya, Almaniya kimi ölkələr tədricən ticarət mərkəzlərini açmağa başlayıb. Burada məqsəd gəlir güdmək deyil. Həyatın yavaş-yavaş öz axarına dönməsini təmin etməkdir”.

H. Altaş qeyd edib ki, tədricən açılacaq ticarət mərkəzlərində ciddi sanitar tədbirlər davam etdiriləcək.

“Bununla birlikdə qaydalar və gigiyena tədbirləri çox sərt olacaq. Maska paylanacaq, müəyyən məsafələr tətbiq olunacaq. Müştərilər müəyyən aralıqlarla alınacaq. Elmi heyət, ictimaiyyət və pərakəndə satış şirkətləri ilə danışırıq. İctimaiyyət tərəfdən nəzarət altında açılması ilə bağlı təkliflər var. Bu səbəbdən ticarət mərkəzlərini ciddi yoxlamalar və şərtlərlə tədricən açmağı planlaşdırırıq”.

Qeyd olunub ki, 8-15 may aralığında ticarət mərkəzlərinin 80 faizinin açılacağı gözlənilir.

Xəbər 2972 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +