Xırdalanda yaşayış binasındakı təhlükəli vəziyyətlə bağlı - Açıqlama+VİDEO
Ermənistanda meşə YANIR
Rusiya ordusu Ukrayna limanına zərbələr endirdi
Ruslar 8 ayda 230 min hərbçi itirib - Zelenski
Trampdan konspirasiya nəzəriyyəçilərini coşduran paylaşım - Nə demək istədi?
Rusiya ordusu Xersonu vurdu: Ölən və yaralananlar var
Çin Əliyev və Putini bu cür qarşıladı, fərq diqqət çəkdi - Video
Rusiyada güclü yanğın
Ərdoğan Si Cinpinlə görüşdü
Azərbaycanlı iş adamı ən böyük mağazalarını itirdi


02.03.2017  16:42 

Röyanın keçmiş əri müflis oldu





A+  A-

“Çuda Peçka” mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, martın 1-də “Çudo Peçka”nın “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.

Sayt yazır ki, son günlər “Çudo Peçka”nın rəhbəri Anar Cəlilov şirkətin metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən mağazasında otururmuş. İcarə haqqını verə bilmədikləri üçün şirkətin əsas ofisi də bir neçə gün öncə qapadılıbmış.

Məlumata görə, Anar Cəlilov son günlər maddi sıxıntılar içərisindəymiş. Bildirilir ki, o, hətta şəxsi ehtiyaclarını ödəməyə belə, pul tapmırmış. Anar Cəlilovun bütün mülklərinin girovda olduğu bildirilir. Aylardır ki, maaş ala bilməyən işçilər məhkəməyə müraciət etsələr də, heç bir nəticə yoxdur. Bildirilir ki, “Çudo Peçka”da çalışan əməkdaşların hər birinə Cəlilovun borcu var. İşçilər maaşını tələb etdikdə isə, o, pulunun olmadığını söyləyir.

Ehtimala görə, “Çudo Peçka”nın bağlanan mağazasının yerində yenidən şirniyyat yeri fəaliyyət göstərəcək. Lakin həmin obyektləri Türkiyə vətəndaşları işlədəcəklər.



Onu da qeyd edək ki, ötən il “Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Çingiz Cəlilov, şirkətin rəhbəri Anar Cəlilovun atasıdır).

Belə ki, “Çudo peçka” mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün “Bank Standart”dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr “Bank Standart”ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, “Çudo peçka” da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarıldıqdan sonra da problemlər düzəlmədi və xeyli sayda işçilər ixtisar olunub, bir neçə mağaza bağlanıldı. Bu ilin fevral ayında isə şəbəkənin “Əhmədli”, “Neftçilər” və “28 May” metrostansiyalarının yaxınlığında yerləşən mağazaları fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, hazırda fəaliyyəti tamamilə dayandırılan “Çudo Peçka”nın bir zamanlar metronun “İnşaatçılar”, “İçərişəhər”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov”, “Qara Qarayev”, “Əhmədli” və “Neftçilər” stansiyalarının çıxışlarında da kafe-mağazaları fəaliyyət göstərib.

Xatırladaq ki, A. Cəlilov 2008-ci ildə müğənni Röya Ayxanla ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb.

Xəbər 14487 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.08.2025  21:05 

Ermənistanda meşə YANIR

31.08.2025  20:53 

İnna Bakıda konsert verdi -VİDEO

31.08.2025  14:28 

Məşhur reper intihar edib?

31.08.2025  13:38 

Rusiyada güclü yanğın

31.08.2025  13:29 

Ucarda yaşayış evi yanıb

31.08.2025  13:26 

Sabahın havası açıqlandı

31.08.2025  13:24 

Ərdoğan Si Cinpinlə görüşdü

31.08.2025  01:30 

Günəş Yerə plazma buludu atıb

31.08.2025  00:19 

ABŞ-da güclü zəlzələ


BÜTÜN XƏBƏRLƏR +