Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


27.03.2024  16:29 

Rusiyada baş verən terror aktını hər gün Türkiyədə törətmək istəyənlər var





A+  A-

Rusiyada baş verən terror aktını hər kəs gördü. Rusiyada olanları hər gün Türkiyədə törətmək istəyənlər var.

Xəzərnews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır: “Ölkə daxilində PKK-nın mövcudluğu çox azalıb.

Buna baxmayaraq, bəzi güclər hələ də ölkəmizə qarşı terrorçulardan istifadə etməyə çalışırlar. Biz buna icazə verə bilmərik.

Artıq elə vəziyyət yaranıb ki, terrorçular ölkə daxilində hərəkət edə bilmirlər. Sərhədlərimizdən kənarı isə addım-addım nəzarət altına alırıq”.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 140-a yaxın adam ölüb.

Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.

Xəbər 4657 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +