İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi
“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi


03.08.2023  10:06 

Separatçılar Laçın postuna hücuma hazırlaşır?





A+  A-

Ermənistan sərhəddə "yardım şousu”na başlayanda Qarabağdakı separatçıların da "mülki ermənilərin” Laçın postuna doğru yürüşünü təşkil edə biləcəyini yazmışdıq. Artıq Xankəndində hazırlıq gedir, erməniləri Laçın postuna gətirəcək avtobuslar hazır vəziyyətdə gözləyir. Bununla erməni əhalisinin Ağdam marşrutu üzrə yardımı qəbul etmək istəmədiyini göstərmək, Laçın postunun yüklər üçün açılmasına nail olmaq istəyirlər.

Sərhədin bir tərəfindən Ermənistandan gələn yüklər, digər tərəfində "ac olduqları” iddia edilən ermənilər. Dünya üçün teatr səhnəsi düzəldəcəklər.

Diqqətçəkən məqamlardan biri yürüşü hazırlayan "ictimai fəalların” açıqlamasında "aksiya zamanı güc tətbiqi və zorakılıq edilməyəcək, aksiyada qadınlar da iştirak edəcək” sözləridir. Bununla "bu, qadınların da iştirak etdiyi dinc aksiyadır” rəyini yaradır və hər-hansı hadisə baş verdiyi təqdirdə Azərbaycanı günahlandırmağa hazırlaşırlar. Və məhz bu məqam "dinc aksiya” zamanı təxribatın törədilə biləcəyi gözləntisini də ön plana çıxarır: orada bir erməninin burnu qanasa, bu Ermənistan üçün də, separatçılar üçün də, reinteqrasiyaya qarşı olan və Laçın postunun açılmasını istəyən maraqlı tərəflər üçün də göydəndüşmə olacaq;

Mümkün təxribatlara qarşı hazırlıqlı olmaq lazımdır. Rəsmi Bakı buna qarşı müəyyən tədbirlər görə bilər:

- Baş verə biləcək hadisələrə görə məsuliyyətin Ermənistan və separatçıların üzərinə düşdüyü ilə bağlı beynəlxalq müstəvidə məlumatlar yayıla bilər;
- Bu təxribatın qarşısının alınması üçün Rusiya sülhməramlılarına müraciət edə bilər: əks təqdirdə, məsuliyyət sülhməramlıların da üzərinə düşür;

Separatçıların "yanacaq olmadığı” üçün ictimai nəqliyyatı dayandırması fonunda "aksiya iştirakçıları”nın avtobuslarla Laçın postuna daşınacağı da diqqətdən qaçmayan detallardandır.

Asif Nərimanlı

Xəbər 2666 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +