Almaniyada azərbaycanlı dəstə başçısı tutuldu
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


30.10.2020  11:23 

“Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək”





A+  A-

“Biz başa düşürük ki, noyabrın 2-dən distant təhsilə keçid müəyyən çətinliklər yaradacaq”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, son həftələrdə koronavirusa yoluxma halları sürətlə artıb:

“İnanıram ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacağıq. Ölkədə “Teams” kimi platformalarda kifayət qədər işlər görülüb. Aidiyyatı dövlət qurumları ilə birgə həmin platformanın işləməsi üçün testlər aparılıb. Həmin platformalar növbəti həftələrdə VPN-siz işləyəcək. VPN istifadə edənlər çətinliklərlə qarşılaşa bilərlər”.

Emin Əmrullayev əlavə edib ki, növbəti bir neçə həftə təhsil distant şəkildə olacaq: "Təhsillə bağlı platformalarda internet məhdudiyyəti aradan qaldırılacaq. Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".

Xəbər 4147 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +