Almaniyada azərbaycanlı dəstə başçısı tutuldu
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


26.12.2017  08:53 

Polisi aldadanlar cərimələnəcək





A+  A-

Azərbaycanda avtomobillərə heç bir əsas olmadan əlil tanınma nişanı vurmaqla ictimaiyyəti və yol polislərini aldadırlar.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, bu sahədə ciddi problem var: "Azərbaycanda əlilərin avtomobilinin tanınması üçün fərqlənmə nişanı var. Bu, "Yol hərəkəti haqqında" Qanunun 72-ci maddəsi ilə təsbit olunub. Həmin nişanı minik avtomobilləri ilə yanaşı, yük avtomobillərinə, hətta mikroavtobuslara, sərnişin avtobuslarına da vururlar".

Ekspert bildirib ki, araşdırılma aparılsa, üzərində əlil nişanı olan avtomobillərin əksəriyyətinin əlil maşını olmadığı məlum olacaq: "Öncə bu problemi həll etmək lazımdır. Əlil nişanı Dövlət Yol Polisi tərəfindən qeydiyyatla verilməli, əlillər üçün olan avtomobillərin qeydiyyat şəhadətnaməsinə bu qeyd edilməlidir. Əlil avtomobilində xüsusi avadanlıqlar quraşdırılmalıdır. Avtomobilə hansı xüsusi avadanlığın quraşdırılması isə avtomobilin qeydiyyat şəhadətnaməsində yazılmalıdır. Bundan sonra həmin avtomobilə əlil nişanı verilməlidir".

Ə.Hüseynov qeyd edib ki, "Yol hərəkəti haqqında" Qanunun 71-ci maddəsində yazılıb ki, əlil tanınma nişanı yalnız əlil üçün xüsusi avadanlıqlarla təchiz olunmuş və əlillərin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurula bilər: "Hazırda Azərbaycanda bu proses tətbiq olunmayıb. Bu məsələni həll etdikdən sonra əlil avtomobillərinə güzəştlər tətbiq etmək olar. Məsələn, mədəsində əməliyyat olunmuş şəxsə 2-ci qrup əlil verilir və o, avtomobilinə əlil tanınma nişanı vurur. Həmin şəxsin ayaqları, əlləri yerindədir. O sürücü avtomobilə əlil tanınma nişanı vura bilməz. Amma elə sürücü var ki, ayağının biri və yaxud əlinin biri yoxdur, bu şəxslərə əlil tanınma nişanı verilməlidir".

O, eyni zamanda əlavə edib ki, bu gün əlil tanınma nişanını mağazalardan da almaq olar: "Bu nişan mərkəzləşdirilmiş qaydada verilməlidir. Əslində, qanunvericiliyə görə, əlil tanınma nişanından yalandan istifadə edən sürücü 40 manat cərimə olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 342.1.11-ci maddəsinə görə, sürücü belə halda məsuliyyət daşıyır".

Xəbər 2823 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +