Mirzə İbrahimov: Sizin yoxsa, bizim...
Cahangir Novruzov ölkəni tərk etməyinin səbəbini açıqladı
Yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır
Binəqədi və Nərimanovda işıq olmayacaq
Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq


21.12.2018  14:09 

Bakıda bayram yarmarkası açıldı





A+  A-

Bu gündən Bakıda Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bayram yarmarkası açılıb.
XəzərNews.az xəbər verir ki, "Kənddən Şəhərə" adlanan bayram yarmarkası Bakıdakı Nizami küçəsi 154 (Landmark biznes mərkəzinin yanı) ünvanında fəaliyyətə başlayıb.

Nazirliyin Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib ki, dekabrın 30-dək davam edəcək yarmarka saat 08:00-dan 21:00-dək xidmət göstərəcək:

““Kənddən Şəhərə” Dövlət Aqrar Ticarət Şirkətinin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar olaraq Nizami küçəsi 154 (Landmark biznes mərkəzinin yanı) ünvanında kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib. Dekabrın 21-dən etibarən 10 gün ərzində baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər”.

Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkada 110 fermer iştirak edir. Bundan başqa, 33 arıçının məhsulları da yarmarkada satışa çıxarılıb.

Xəbər 3243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +