Sabah hava necə olacaq?
Məşhur kosmetika mağazasında ƏDV fırıldağı
FTX məxfi sənədlər daşıyan azərbaycanlını sərhəddə saxladı
Yoxlanışa gələn hamilə Perinatal Mərkəzdə ölüb
Hüseyn Həsənovun Rusiyadakı şirkəti ləğv olundu
Bu ərazilər Azərbaycana qaytarılacaq – Paşinyan
Sumqayıtda silahlı insident yaşanıb
Rusiya Ukraynaya kütləvi aviazərbələr endirib
Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu


15.08.2025  11:42 

Azərbaycanda yarım milyardlıq cinayət işi





A+  A-

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun növbəti məhkəmə prosesi keçirilib.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Ağayeva adlı şəxsin məhkəmədə tədqiq olunan cinayət işində maraqlı şəxs kimi çıxış etmək istəməsi ilə bağlı ərizə daxil olub. O, məhkəmədən onun Səbail rayonunda yerləşən əmlakı üzrə qoyulan həbsin götürülməsini xahiş edib.

Məhkəmə İlhamə Ağayevanın iş üzrə maraqlı şəxs kimi tanınmasını təmin etməyib.

Digər vəsatət isə baxılmamış saxlanılıb.

Daha sonra Bahadur Qasımovun vəkili məhkəməyə vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin edib.

Proses 1 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov həbs ediliblər.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 409 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Xəbər 1015 dəfə oxunub.




21.08.2025  13:26 

Sabah hava necə olacaq?

21.08.2025  11:43 

Narkotik qəbul edib qəza törətdi

21.08.2025  10:39 

Bu ərazidə işıq olmayacaq

20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı


BÜTÜN XƏBƏRLƏR +