7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


27.09.2022  13:00 

Zəfərə gedən yolun başlanğıcı





A+  A-

Bu gün Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlamasından 2 il ötür.


2020-ci il sentyabrın 27-də Müzəffər Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmək üçün irimiqyaslı hərbi əməliyyata başladı. 44 gün davam edən Vətən Müharibəsi torpaqlarımızın böyük əksəriyyətinin, o cümlədən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsi ilə nəticələndi.

Bu Savaş zamanı qəhrəman əsgərlərimiz dastan yazdılar, düşməni ağır məğlubiyyətə uğratdılar. Azərbaycan Ordusunun təzyiqləri qarşısında duruş gətirə bilməyən düşmən Tərtər, Gəncə, Bərdə və digər bölgələrdə ağır terror aktları həyata keçirərək, onlarla mülki şəxsin ölümünə, yaralanmasına, yaşayış yerlərinin, obyektlərin dağıdılmasına səbəb oldu.

Bütün müharibələrdə olduğu kimi, Vətən Müharibəsi də bizim üçün itkisiz ötüşmədi. Bu savaşda Azərbaycan Ordusunun 3 mindən çox qəhrəman hərbçisi şəhid oldu, minlərlə qəhrəman hərbçisi yaralandı.

Dövlətimiz tərəfindən ölkəmizdə hər il 27 sentyabrın Anım Günü kimi qeyd olunmasına qərar verilib.

Azərbaycan Yüksəliş Partiyası bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, yaralılarımıza Allahdan şəfa diləyir, müharibə iştirakçılarına təşəkkür edir, Qəhrəman Ordumuza hər zaman Zəfər arzulayır, Azərbaycanın ən yaxın zamanda tam Qələbə qazanacağına əminliyini bildirir və hesab edir ki, torpaqlarımızın tamamilə işğaldan azad edilib, Sülh Müqaviləsinin imzalanması təkcə ölkəmizin yox, bütün bölgənin təhlükəsizliyinin, inkişafının təminatı üçün ən vacib şərtdir.

Gülşən Hacıyeva

Xəbər 12169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +