Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi
ABŞ Rusiya, Çin və İrana qarşı olan layihədən çıxır?


28.08.2025  15:12 

43 saylı məktəbin sinif otağı və koridoru bərbad, tualetin qapısı yoxdur - Fotolar





A+  A-

“Nərimanov rayonunda yerləşən 43 saylı orta məktəbin sinif otağı və koridoru bərbad vəziyyətdədir. Bir neçə aydır ki, bu məktəbə direktor təyin edilməyib. Direktor vəzifəsini icra edən BŞTBİ-nin əməkdaşı isə valideynlərə pul yığıb sinifləri təmir etdirməyi tapşırıb. Əks halda, valideynlərə bildirilib ki, yeni dərs ilində şagirdlər məktəbə buraxılmayacaq”.

XəzərNews.az xəbər verir ki, məlumatı jurnalist Samir Feyruzov paylaşıb.

S.Feyruzov bildirib ki, valideynlərin haqlı etirazından sonra başqa bir tələb irəli sürülüb:

“Yığışıb elm və təhsil nazirinə müraciət edin, bəlkə sinifi təmir etdilər. Başa düşmək olmur, bu adamlar Nazirliyə özləri müraciət edə bilmirlər? Dərs ilinin başlamasına az qalmış bu qovhaqovun səbəbi nədir? Halbuki, hər il valideynlərdən təmir adı altında 10-20 manat arası pul yığılır. Valideynlər narahatdır, çünki sinif otağını, koridoru təmir etdirməyəcəkləri təqdirdə onların övladlarının məktəbə buraxılmayacağını bildiriblər”.





Xəbər 2233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +