Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


20.08.2025  13:09 

Qız şəkilləri bəyənən kişini sevgilisi döydü





A+  A-

Bakıda sosial şəbəkələrdə qız şəkilləri bəyənən kişini sevgilisi döyüb.

XəzərNews.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib. Qəsəbə sakini, 1998-ci il təvəllüdlü Pərviz İmanov (soyadı şərtidir) Bakıda mebel sexində işləyib. O, Aişə adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində olub və birlikdə yaşamağa başlayıb.

Bir neçə gün öncə işdən yorğun gələn Pərviz yatıb və telefonu qonaq otağında qalıb. Fürsətdən istifadə edən Aişə onun telefonuna baxarkən, sosial şəbəkə hesablarında yarıçılpaq qız şəkillərini bəyəndiyini görüb.

Səhəri gün axşam evə gələn Pərviz Aişəni əsəbi görüb və səbəbini soruşub. Aişə Pərvizdən sosial şəbəkələrdə yarıçılpaq qız şəkillərini niyə bəyəndiyini soruşub və nəticədə aralarında mübahisə başlayıb. Mübahisə zamanı Aişə Pərvizi vurub və onun dünyasını dəyişmiş anasını söyüb.

Tərəflər arasında dava başlayıb və hər iki şəxs bir-birinə xəsarət yetirib. Aişənin anası məsələ ilə bağlı polisə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanılıb.

Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə barışıq təklif edilsə də, Aişə Pərvizlə barışmayıb və ona cəza verilməsini istəyib.

Məhkəmənin hökmü ilə P.İmanov aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla bir il islah işləri cəzasına məhkum edilib.

Xəbər 925 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +