“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi
İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı


27.12.2022  11:28 

Nazirliyin icarəyə ödədiyi milyonlar - Siyahı





A+  A-

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.

Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək. Qeyd edək ki, DSMF əvvəlki illərdə də Amil Bayramov ilə analoji müqaviləni imzalayıb.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər:

- Bu ayın əvvəlində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.

- Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.

- Bu ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

- Bu ilin may ayında Nazirliyin tabeliyində olan Dost İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək.

- Bunlardan başqa bu ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi üçün “Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb.

- Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib.

- Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib.

- DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib.

- DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və “Çinar Park” MMC-yə (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib.

- DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib./Yeniavaz.com


Xəbər 2432 dəfə oxunub.




08.09.2025  16:38 

Prezident fərman imzaladı

08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +